Accessibility links

NATO qüvvələri həlak olmuş əfqan uşaqların ailələrinə başsağlığı verib


NATO qüvvələri həlak olmuş əfqan uşaqların ailələrinə başsağlığı verib
NATO qüvvələri həlak olmuş əfqan uşaqların ailələrinə başsağlığı verib

Əfqanıstanda NATO qüvvələri ötən həftə Kapisa vilayətində hava hücumları zamanı həlak olan səkkiz əfqanın ailə üzvlərinə başsağlığı verib. Ordu başçısı Levis Bun Kabildə müxbirlərə deyib ki, hərbi təyyarədən atılan iki bomba silahlı qrup yerləşən yerə düşüb. O, qeyd edib ki, koalisiya qüvvələri qrupu ciddi təhlükə hesab etdikləri üçün hücum həyata keçiriblər. Əfqanıstan prezidenti Həmid Karzahi hava hücumlarını pisləyərək ABŞ və NATO qüvvələrinə mülkü təlafatın bir daha baş verməməsi üçün koalisiya qüvvələrinin ciddi işlər görmələrini tələb edib. Yerli rəsmilər ölən uşaqların 6-14 yaş arasında olduqlarını və hətta onların arasında təxminən 18, 20 yaşlarında ruhi xəstənin olduğunu da deyib. Britaniya Hava Qüvvələrinin Kommodoru Mayk Viqston gənclərin hündür və şübhəsiz silahlı olduqlarını bildirib. Cəsədlərin foto şəkilləri hərbi müayinədən keçdikdən sonra ölənlərin hər birinin təxminən 15 yaşda, birinin isə daha böyük olduğu məlum olub.

XS
SM
MD
LG