Accessibility links

NATO-Rusiya Şurası toplanıb


NATO Secretary-General Jens Stoltenberg answers journalists prior to an EU Defence Council meeting in Luxembourg on April 19, 2016.

NATO Secretary-General Jens Stoltenberg answers journalists prior to an EU Defence Council meeting in Luxembourg on April 19, 2016.

Bu, şuranın 2014-cü ildən bəri ilk görüşüdür.

2014-cu ildən bəri ilk dəfə bir araya gələn NATO-Rusiya Şurasının gündəmində olan başlıca məsələ Rusiya ilə ABŞ arasında son gərginliyin azaldılmasıdır.

NATO baş katibi Cens Soltenberq bildirib ki, xüsusilə son həftə baş verən olaydan sonra bu toplantının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Keçən həftə ABŞ Rusiyanı qırıcı təyyarələrin Baltik dənizindəki Birləşmiş Ştatlar hərbi gəmilərinin bir neçə metrliyindən uçmasında ittiham etmişdi.

Stoltenberqin sözlərinə görə, çətin zamanlarda və gərginlik artanda dialoq aparmaq çox mühümdür.

NATO-ya üzv 28 ölkədən olan səfirlər Rusiya nümayəndələri ilə danışıqlarda iştirak edib.

Toplantının gündəmində olan digər məsələlər isə Rusiyanın Suriyadakı hava hücumlarl kampaniyası və Krım yarımadasının ilhaqı mövzularıdır.

XS
SM
MD
LG