Accessibility links

Rusiyanın davranışı NATO-nu yeni addımlar atmağa vadar edib [Video]


NATO-Rusiya əlaqələrinin dəyişməsi Ukraynada artan nümayişlərlə başlayaraq rusiyapərəst prezidentin istefasına gətirib çıxardı. Rusiya öz qüvvələrini Ukraynanın Krim regionuna göndərdi və zorla oranı işğal etdi. Daha sonra Ukraynanın iki şərq regionunda separatistləri dəstəkləyərək hələ də davam etməkdə olan aylarla sürən müharibəyə səbəb oldu.

Bu arada NATO üzv və Qərb ölkələri Rusiya hərbi təyyarələri və gəmilərinin bir neçə dəfə gözlənilməz addımı ilə üzləşdi. Moskvanın belə qəfil və aqressiv addımları Soyuq Müharibə zamanından bəri görünməmişdi.

Nik Uitni: "Fikirləşirəm ki, NATO ilin başa çatdığına görə Vladimir Putinə qədəh qaldırmalıdır."

Nik Uitni Britaniya və Avropa İttifaqıının sabiq müdafiə rəsmisidir. Hazırda Avropa Şurasının Xarici Əlaqələr bölməsində işləyir.

Nik Uitni: "Sağlam NATO-nun Rusiya təhdidinə ehtiyacı var və cənab Putin səfehlik edərək bunu təchiz edib."

Uitni deyir ki, Rusiya prezidentinin addımları NATO-nu şoka salıb və silsilə addımlar atmağa vadar edib. Buna Ukraynanın qərbində olanlar, Polşa və Baltik ölkələrə daha çox hərbi qüvvənin yerləşdirilməsi, ona üzv olan bütün ölkələri müdafiə edəcəyini yenidən təsdiq etməsi və hadisələrə tez bir zamanda reaksiya verəcək yeni hərbi qüvvə daxildir.

Londonun Royal Birləşmiş Xidmətləri institutundan Malkolm Çalmer deyir ki, prezident Putin 1990-cı ildən bəri NATO-nun qazandıqlarını geri almaq istədi, ancaq onun bu addımı tərs nəticə Verdi.

Malkolm Çalmer: "Rusiya zəif nöqtə axtarır. Onlar NATO-nun müdafisəində boşluq axtarır, onlar NATO-nun parçalanmasını istəyir. NATO-ya üzv dövlətlər inanırlar ki, həmrəy olsalar onlar Rusiyanın hər hansı bir addımının qarşısını ala biləcəklər."

Çalmers deyir ki, prezident Putin Qərbi Avropada ən yaxşı dostu Almaniya kansleri Anqela Merkeli itirdi.

Malkolm Çalmer: "Kansler Merkel digər Qərb liderlərindən fərqli olaraq bu böhranda diplomatik yol tapmaq üçün çox cəhd göstərdi. Merkel kompromis axtarırdı. Ancaq Putin razılaşmağa hazır deyildi."

Bu arada NATO-ya üzv və digər ölkələr Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etdilər. Bu, Rusiyanın əsas ixracını təşkil edən neft qiymətinin ucuzlaşmasına və rublun dəyərinin 50% itirməsinə səbəb oldu. Ekspertlər bildirirlər ki, Rusiya iqtisadiyyatını gələn il dərin böhran gözləyir.

Nik Uitni: "Bunlar Putin üçün çox strateji uğursuzluqdur. Beləliklə, əgər o şahmatda qrossmeyster olduğunu düşünürsə, oyun onun üçün çox səhv istiqamətdə gedib."

Bu prezident Putinin geri çəkiləcəyi mənasına gəlmir. Hətta bəzi ekspertlər deyir ki, problemlər onu daha da çılğın edə bilər. Ancaq bu ilin sonlarında ABŞ dövlət katibi Con Kerri bildirib ki, Rusiyanın Ukraynanın şərqindəki mövqeyi dəyişməyə başlayıb. O, Rusiyanın konstruktiv addımlar atdığını və bunun münaqişənin həllində yeni yolun açılmasına səbəb ola biləcəyini deyib.

XS
SM
MD
LG