Accessibility links

NATO və Rusiya arasında 2014-cü ildən sonra ilk rəsmi danışıqlar planlaşdırılıb


NATO və Rusiya rəsmiləri iki il fasilədən sonra ilk rəsmi görüşlərini keçirməyi planlaşdırır. Görüş zamanı Ukraynada, Əfqanistanda təhlükəsizlikklə bağlı vəziyyət və hərbi əməliyyatların müzakirələrin diqqət mərkəzind olacağı bildirilir.

Aprelin 20-i Brusseldə NATO-nun baş qərargahında keçiriləcək görüşdə tərəflər səfirlər səviyyəsində təmsil olunacaq.

"Eyni zamanda Rusiya beynəlxalq qanunlara hörmət etməyənədək əməkdaşlıq bərpa olunmayacaq"-Yens Stoltenberq

NATO Rusiya ilə əməkdaşlığı 2014-cü ildə Kırımın işğalından sonra dayandırıb.

"Görüş NATO-nun dövlət və hökumət başçıları arasında əldə olunmuş razılığa əsasən bizim siyasi dialoqumuzun davamıdır. Eyni zamanda Rusiya beynəlxalq qanunlara hörmət etməyənədək əməkdaşlıq bərpa olunmayacaq" deyə alyansın Baş katibi Cens Stoltenberq açıqladığı bəyanatda bildirib.

NATO-nun Baş katibi YensStoltenberg

NATO-nun Baş katibi YensStoltenberg

Stoltenberq deyib ki, NATO-Rusiya Şurasının iclasında Minsk razılaşmasına bütünlüklə əməl olunmasının vacibliyi məsələsi diqqət mərkəzində olacaq.

Alyansın rəhbəri həmçinin bildirib ki, gələcəkdə anlaşılmazlıqların qarşısının alınması üçün şəffaflığa ehtiyac duyulur.

Bu arada Krımın gələcəyi qeyri-müəyyən olaraq qalır. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya Qara dənizdəki yarımadanı heç vaxt əldən verməyəcək. NATO isə Rusiyanın ilhaqının heç vaxt tanımayacağını bildirib.

XS
SM
MD
LG