Accessibility links

NATO liderləri İŞİD, Rusiya təcavüzü və Əfqanıstan müharibəsini müzakirə edəcək [Video]


NATO liderləri İŞİD, Rusiya təcavüzü və Əfqanıstan müharibəsini müzakirə edəcək
please wait

No media source currently available

0:00 0:02:39 0:00

NATO liderləri İŞİD, Rusiya təcavüzü və Əfqanıstan müharibəsini müzakirə edəcək

ABŞ Əfqanıstanda 8400 əsgəri qüvvə saxlayacağı ilə bağlı qərarını açıqladıqdan sonra NATO liderləri cümə və şənbə günləri Varşavada görüş keçirəcək. Görüş zamanı onlar üç əsas təhlükəsizlik məsələsini müzakirə edəcək: Əfqanıstan qüvvələrinə dəstəyin davam etdirilməsi, NATO-nun cənub cinahında İslam Dövləti qrupu yaraqlılarının məğlub edilməsi və ittifaqın şərq cinahında Rusiyanın təcavüzünün qarşısının alınması.

Fikrimcə NATO rəsmi olaraq Suriya və İraqa irimiqyaslı müdaxilə etməyəcək, çünki bizim əsasən də Suriyada Rusiyanın əməkdaşlığına ehtiyacımız var. Amma NATO müdaxilə etsə, biz Rusiyanın əməkdaşlığını əldə etməyəcəyik.
Daniel Server

Bu ilin NATO sammitində Əfqanıstan tutmuş Ukrayna və İslam Dövlətinə kimi bir sıra qlobal təhlükəsizlik məsələləri müzakirə olunacaq.

“Açıq demək lazımdır ki, ittifaqların başqa seçimi yoxdur. Onlar hər hansı bir təhlükəni prioritetləşdirmir, onlar bu problemlərin hamısını birdən həll etməlidir,” deyə Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindən Antoni Kordesman bildirir.

ABŞ-ın Əfanıstandakı qoşun sayı artıq müəyyən olunduğu üçün təhlilçilər deyir ki, NATO liderləri əfqanlara bir sıra problemləri həll etməyə yardım etmək üçün strategiya qurmalıdır. Bu problemlərin sırasına zəif iqtisadiyyat, Talibanla sülh danışıqlarının bərpa edə bilməmək və şiddətli döyüş mövsümündən sonra Əfqanıstanda ölüm hallarının artması daxildir.

“Biz orada məğlub olmuruq, amma vəziyyət elədir ki, biz heç qalib də deyilik,” deyə cənab Kordesman bildirir.

Cənub cinahında NATO İslam Dövlətinə qarşı ittifaq olaraq mübarizə aparmır. İttifaq üzvləri öz qoşunlarını birtərəfli qaydada ABŞ-ın başçılıq etdiyi koalisiyaya qoşur. Ötən il Parisdə baş verən terror hücumundan sonra bəziləri NATO-nu ekstemist qrupa qarşı kollektiv müdafiəyə çağıran 5-ci Maddəni tətbiq etməyə çağırıb. Buna baxmayaraq bəzi analitiklər də NATO-nun daha çox müdaxilə etməsinin əyleyhinə çıxış edir.

“Fikrimcə NATO rəsmi olaraq Suriya və İraqa irimiqyaslı müdaxilə etməyəcək, çünki bizim əsasən də Suriyada Rusiyanın əməkdaşlığına ehtiyacımız var. Amma NATO müdaxilə etsə, biz Rusiyanın əməkdaşlığını əldə etməyəcəyik,” deyə Cons Hopkins Universitetindən Daniel Server bildirir.

Rusiya ittifaqa daha bir təhlükə yaradır, çünki, Ukraynanın Krım yarımadasını qanunsuz olaraq işğal edib və Ukraynanın şərqində separatçıları dəstəkləməyə davam edir.

Bundan əlavə Rusiya pilotları Baltik Dənizində NATO müttəfiqlərinə təlim keçən Amerikanın hərbi təyyarələrinə təhlükəli dərəcədə yaxın uçublar.

İttifaqa qarşı təzyiqləri artırmağa çalışanların qarşının alınmasının ən yaxşı yolu bizim bütöv ittifaqın, yəni bizim artıq sahib olduğumuz qüvvə strukturunun, daha hazır olmasıdır
Filip Bridlov

Sammitdə NATO liderləri həm ittifaqın şərq müttəfiqlərini arxayın etməyə çalışmalı, həm də Rusiyanın mümkün təcavüzünün qarşısını almalıdır.

“Məncə ittifaqa qarşı təzyiqləri artırmağa çalışanların qarşının alınmasının ən yaxşı yolu bizim bütöv ittifaqın, yəni bizim artıq sahib olduğumuz qüvvə strukturunun, daha hazır olmasıdır,” deyə NATO-nun sabiq ali baş komandanı general Filip Bridlov bildirir.

Bu səylərə yardım etmək məqsədilə ABŞ, Britaniya, Almaniya və Kanada hər biri ittifaqın şərq cinahında NATO-nun başçılıq etdiyi rotasiyalı batalyon yerləşdirməyi planlaşdırırlar.

ABŞ rəsmisi Amerikanın Səsinə bildirib ki, prezident Barak Obama ABŞ-ın Polşada batalyon yerləşdirəcəyini açıqlayacaq, digərləri isə Estoniya, Latviya və Litvada batalyon yerləşdirəcək.

XS
SM
MD
LG