Accessibility links

Stoltenberq: Rusiyanın təcavüzü və yaraqlılar tərəfindən təhlükələr NATO üçün böyük sınaqlardır


NATO-nun Baş katibi Yens Stoltenberq

NATO-nun Baş katibi Yens Stoltenberq

NATO İŞİD-in yaratdığı təhlükə və Ukraynada təcavüzə görə məsuliyyət daşıyan Rusiyaya cavabın aktivləşdirilməsi üzərində işləyir.

Şimali Alyansın Baş katibi Yens Stoltenberq bu açıqlamanı Amerikanın Səsinin Serbiya xidmətinə müsahibədə verib. “Bunlar iki əsas sınaqdır və bunlar fərqrli sınaqlardır. Lakin biz eyni zamanda, Cənubda, Yaxın Şərqdə və Şimali Afrikadan gələn sınaqlara, eləcə də Rusiyanın Şərq üçün yaratdığı təhlükələrə cavab vermək qabiliyyətində olmalıyıq. Biz soyuq müharibə dövründən kollektiv müdafiə sisteminin möhkəmləndirilməsini həyata keçiririk.”

Stoltenberq deyib ki, NATO Rusiya ilə nə qarşıdurma və soyuq müharibə deyil, Rusiya təyyarəsinin Türkiyədə salınması kimi insidentlərin qarşısının alınması üçün dialoq istəyir.

"Biz soyuq müharibə dövründən kollektiv müdafiə sisteminin ən geniş şəkildə möhkəmləndirilməsini həyata keçiririk”-Yens Stoltenberq

NATO-nun Baş katibinin sözlərinə görə, alyansın soyuq müharibə dövründən kollektiv müdafiə sisteminin möhkəmləndirilməsi prosesini həyata keçirməsi Avropanın şərqində və Yaxın Şərq və Şimali Afrikada təhlükəsizliklə bağlı yeni yaranmış şəraitlə bağlıdır.

Yens Stoltenberq iyul ayında Varşavada NATO sammitindən öncə ABŞ liderləri ilə məsləhətləşmələr aparır. Sammitin gündəliyində Yaxın Şərqdən Avropaya miqrant böhranının olacağı gözlənilir.

NATO baş katibi deyib ki, alyans böhranın həllinə yradım məqsədilə Egey dənizində hərbi gəmilər yerləşdirib. O, NATO-nun məlumatları Türkiyənin və Yunanıstanın Sahil Mühafizə xidmətləri və Avropa İttifaqının Sərhəd agentliyi ilə bölüşdüyünü bildirib.

XS
SM
MD
LG