Accessibility links

NATO üzvləri müdafiə xərclərini artırır


NATO-nun baş katibi Yens Stoltenberq alyansın müdafiə nazirlərinin iclasının gündəmində təşkilata üzv ölkələrin müdafiə xəclərini artırmasına ehtiyac məsələsinin olacağını bildirib.

Stoltenberq Brüsseldə müxbirlərə görüşdən öncə deyib ki, üzv ölkələr müdafiə xərclərini keçən il 10 milyard dollar artırıb. Lakin o bildirib ki, NATO-nun 28 üzvündən yalnız beşi ümumdaxili məhsulun (ÜDM) iki faizini müdafiə xərlərinə sərf etmək kimi hədəfə nail olub.

ABŞ prezidenti Donald Tramp seçki kampaniyası zamanı NATO ölkələrini tənqid edərək, onların payına düşən kifayət qədər maliyyəni ayırmadığını deyib. Verdiyi açıqlamlarının birində o üzərinə düşdüyü öhdəliyi yerinə yetirməyən ölkələrin avtomatik olaraq ABŞ tərəfindən müdafiə edilməyəcəyini deyib.

NATO qüvvələri Litvada hərbi təlimlər zamanı
NATO qüvvələri Litvada hərbi təlimlər zamanı

Prezident vəzifəsinin icrasına başlayandan Tramp NATO-ya dəstəyini bildirib. Stoltenberq Trampla iki dəfə telefon söhbəti olduğunu qeyd edib.

"Prezident Tramp hər iki telefon söhbəti zamanı maliyyə öhdəliyinin bölüşdürülməsinin vacibliyini və iki faizdən az maliyyə ayıran ölkələrin iki faiz hədəfinə nail olmalı olduqlarını qeyd edib. Və mən onunla razılaşdım."

ABŞ-ın yeni müdafiə naziri Cim Mattis çərşənbə axşamı günü NATO müdafiə nazirlərinin görüşünə qatılmaq üçün Brüsselə yola düşüb.
Stoltenberq deyib ki, alyans onunla görüşdə maliyyə öhdəliyinin bölüşdürülməsi, eləcə də NATO-nun terrorizmə qarşı mübarizədə rolu kimi müxtlif məsələləri müzakirə etmək imkanını səbirsizliklə gözləyir.

Prezident Tramp hər iki telefon söhbəti zamanı maliyyə öhdəliyinin bölüşdürülməsinin vacibliyini və iki faizdən az maliyyə ayıran ölkələrin iki faiz hədəfinə nail olmalı olduqlarını qeyd edib. Və mən onunla razılaşdım.
Yens Stoltenberq

NATO-nun baş katibi bəzi üzv ölkələrin iqtisadi çətinliklərlə qarşılaşdığını qeyd edib. Lakin o bildirib ki, əsas məqsəd bu ölkələrin müdafiə xərclərini azaldaraq, tədricən maliyyə resurslarını hədəfin qarşılanmasına ayırmağa yönəltməkdən ibarətdir.

NATO ölkələrinin dövlət başçılarının sammiti bu il planlaşdırılır. Stoltenberq deyib ki, zirvə görüşündə müdafə xərclərinin bu məqsədə yönəldilməsinə kömək məqsədilə təkliflər bu həftə müdafiə nazirlərinin görüşünün diqqət mərkəzində olacaq.

Stoltenberq Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcəyini gözlədiyini deyib. Onun bildirdiyinə görə, NATO qabiliyyətli müdafiə yaratmaq üçün həm qətiyyət göstərməli, həm də eyni zamanda diplomatik yolları açıq saxlamalıdır.

"Xüsusilə də Rusiya ilə açıq siyasi dialoqa ehtiyac olduğu kimi belə çətin zamanlarda"-deyə o əlavə edib.

XS
SM
MD
LG