Accessibility links

NATO-nun tarixi sammiti işinə başlayıb


NATO-nun tarixi sammiti işinə başlayıb
NATO-nun tarixi sammiti işinə başlayıb

NATO-nun baş katibi Anders Foq Rasmussen 21-ci əsrin hədələrinə cavab verəcək güclü alyansın yaradılmasına çağırıb

NATO liderləri Lissabonda tarixi sammitə alyansın münaqişələrdə həlak olmuş və yaralanmış əsgərlərini bir dəqiqəlik sükutla yad edərək başlayıblar. NATO qüvvələrinin Əfqanıstandan tədricən çıxarılması iki günlük zirvə görüşünün diqqət mərkəzindədir. NATO-nun baş katibi Anders Foq Rasmussen 21-ci əsrin hədələrinə cavab verəcək güclü alyansın yaradılmasına çağırıb. ABŞ prezidenti Barak Obamanın sammitdə alyansın Əfqanıstanda130 000 minlik əsgəri qüvvəsinin çıxarılması üçün dörd illik planı açıqlayacağı gözlənilir. Prezident Obama bu gün Lissabonda Portuqaliya prezidenti Anibal Kavako Silva ilə birgə mətbuat konfransında deyib ki, sammit 21-ci əsrdə təhlükəsizliyə hədələr qarşısında olan alyansın canlandırılması üçün bir imkan olacaq. Cənab Obama deyib ki, sammit həmçinin ABŞ-ın Avropa Birliyi ilə tərəfdaşlıq münasibətlərinin gücləndirilməsinə də xidmət edəcək.

XS
SM
MD
LG