Accessibility links

Əfqanistandakı NATO rəsmiləri deyir ki, hücumçu Əfqanistanın şərqində bir neçə əfqan və ABŞ koalisiya üzvlərini öldürüb.

Rəsmilər hücumçunun Vardak vilayətinin polisi olduğunu deyirlər.

Hadisə ABŞ müdafiə naziri Çak Heyqelin Əfqanistana ilk səfəri zamanı baş verib. Əfqan prezidenti Həmid Karzayın mübahisəli çıxışı və şənbə günü baş vermiş təhlükəsizlik səbəbi ilə cənab Karzay və nazir Heyqelin mətbuat konfransı təxirə salınıb.

Əfqanıstanın müdafiə nazirini hədəf almış intihar hücumu Kabildə və Xostda 19 nəfərin həyatına son qoyub.

Karzay Talibanın “Amerikanın xidmətində” olduğunu deyib. Əfqanıstanın dövlət başçısı hücumları xarici qüvvələrin ölkədə qalmasının istənilməsi kimi qiymətləndirib.

Cənab Heqel jurnalistlərə Karzay ilə çox açıq danışdığını və Birləşmiş Ştatların Taliban ilə tərəfdaşlıq etdiyinin doğru olmadığını deyib. O bildirib ki, sülhə və siyasi stabilliyə gedən yola Əfqanlar başçılıq etməlidir.

Heqelin Əfqanistana səfəri Əfqanistan və ABŞ hərbi qüvvələri arasında həbsxanalara kimin nəzarət edəcəyi və xarici hərbi qüvvələrin ölkəni tərk etmə qalmaqalı vaxtına təsadüf edir. Şənbə günü nəzərdə tutulan əsas həbsxananın nəzarətini ABŞ qüvvələrindən Əfqanistana keçirilməsi mərasimi həmçinin təxirə salınıb.

Keçən ay keçmiş müdafiə naziri Leon Panetta deyib ki, NATO üzvləri 8000 ilə 12000 arasında hərbi qüvvələrin 2014-cü ildən sonra Əfqanistanda qalmasını qərarlaşdırıb. Hazırda 100000 yaxın NATO hərbi qüvvəsi Əfqanistanda qulluq edir.
XS
SM
MD
LG