Accessibility links

NATO təhlükəsizliyi əfqan hökumətinə təhvil verməyə hazırlaşır


NATO təhlükəsizliyi əfqan hökumətinə təhvil verməyə hazırlaşır

NATO təhlükəsizliyi əfqan hökumətinə təhvil verməyə hazırlaşır

NATO liderləri Əfqanıstan müharibəsinə rəhbərliyi rəsmi Kabilə həvalə etməyə başlamaq planını təsdiq ediblər. Plana əsasən hərbi nəzarət əfqan qüvvələrinə 2014-cü ilədək tam təhvil verilmiş olacaq. Əfqanıstan prezidenti Həmid Karzay bu qərarı alqışlayaraq onun effektiv və davamlı keçidə yol açacağını bildirib. Lakin yüksək rütbəli ABŞ rəsmisi bildirib ki, prezident Barak Obama rəsmən həmin tarixdə qoşunların çıxarılmasına öhdəlik götürməyib. O, əlavə edib ki, ABŞ qüvvələri 2014-cü ildən sonra da Əfqanıstanda qalacaq. NATO Baş Katibi Anders Foq Rasmussen deyib ki, o, 2014-cü ildən sonra xarici qüvvələri Əfqanıstanda döyüşçü rolunda görmür. Rasmussen əmin olduğunu bildirib ki, 2014-cü ilədək tərəflər bu razılığı həyata keçirmiş olacaqlar. Bununla belə, o, situasiyanın təhlükəsizlik durumundan asılı olacağını qeyd edib. Lissabonda keçirilən sammitin ikinci günüdə NATO və Əfqanıstan lideri ilə bərabər dayanan BMT Baş Katibi Ban Ki Mun qoşun çıxarılışının “cədvələ deyil, reallıqlara uyğun” olmasının vacibliyini vurğulayıb.

Bu arada NATO liderləri ilə Rusiya prezidenti Dmitri Medvedevin görüşünü cənab Rasmussen Moskva ilə Qərb alyansı arasında "dönüş nöqtəsi" adlandırıb. NATO rəhbərinin sözlərinə görə Moskva Əfqanıstandakı alyans qüvvələrinə yardım üçün ayrılmış tranzitin həcmini genişləndirməyə razılıq verib.

XS
SM
MD
LG