Accessibility links

ABŞ prezidenti bunu NATO-nun baş katibi ilə Ağ Ev görüşündən sonra deyib

3 ay əvvəl NATO-nun terror hücumlarının öhdəsindən gələ bilmədiyi üçün yararsız olduğunu deyən ABŞ prezidenti Donald Tramp Şimali Atlantika alyasının artıq köhnəlmiş olmadığını bildirib.

“Baş katiblə NATO-nun terrorizmlə mübarizəyə dair müzakirələrimiz olduqca produktiv keçib ” deyə Tramp bildirib.

Baş katiblə NATO-nun terrorizmlə mübarizəyə dair müzakirələrimiz olduqca produktiv keçib

Ağ Ev görüşündən sonra Yens Stoltenberqlə birgə mətbuat konfrasında iştirak edən ABŞ dövlət başçısı bir müddət əvvəl NATO-dan şikayət etdiyini, lakin aparılan dəyişiklərdən sonra alyansın bu mübarizəyə qoşulduğunu bəyan edib. O, qurumu yarasız adlandırdığını etiraf edərək, indi bunun əksini, artıq yararlı olduğunu bildirib.

Tramp Almaniya kansleri Angela Merkelin Amerikaya səfəri zamanı NATO ölkələrinin müdafiə sahəsində paylarına düşəni etmədiyini demişdi.

Mətbuat konfransında prezident NATO üzvlərinin maddi öhdəlikləri və borclarını ödəməsinin vacibliyini önə çəkib. O deyib ki, bir çoxları bundan imtina edir.

NATO-ya üzv ölkələrin hamısı 2024-cü ilədək ümumdaxili məhsul istehsalından 2 faiz müdafəsi sahəsinə ayrılmasına vəd verib. Lakin bu vədə çox a üzv əməl edir. Amerika müdafiə xərclərinə 3 faiz, Almaniya isə 1.2 faiz ayırır.

“Məsrəflərin paylaşılması mənim bu vəzifəyə gəldiyim gündən prioritetim olub. İndi biz yeni istiqamət almışıq” - deyə, Stoltenberq bildirib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG