Accessibility links

NATO təyyarələri bu gün Liviyanın paytaxtı Tripolidə hökumət binalarını hədəf alıb


NATO təyyarələri bu gün Liviyanın paytaxtı Tripolidə hökumət binalarını hədəf alıb

NATO təyyarələri bu gün Liviyanın paytaxtı Tripolidə hökumət binalarını hədəf alıb

NATO təyyarələri bu gün Liviyanın paytaxtı Tripolidə hökumət binalarını hədəf alıb. Təhlükəsizlik xidməti və korrupsiya ilə mübarizə agetliyinin binaları bombalandıqdan sonra alovlanıb.

Bu arada, Qəzzafi hökumətinin nümayəndələri Moskvada Rusiya rəsmiləri ilə görüş keçirib.Rusiyanın xarici işlər naziri Sergey Lavrov Liviyanı BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsinə riayət edərək, qoşunlarını yaşayış məntəqələrindən çıxarmağa çağırıb. Rəqib döyüşçilərin təmsilçiləri ilə görüş isə bu gün axşam baş tutmalıdır.

Dünən Beynəlxalq Cinayət məhkəməsinin prokuroru Luis Moreno Osampo Liviyada bəşəriyyətə qarşı cinayətkarlıq ittihamı ilə 3 şəxsin-Müəmmər Qəzzafi, onun oğullarından biri Səif Əl-İslam Qəzzafi və Kəşfiyyat idarəsinin rəisi Abdulla Əl-Sanusinin həbsini tələb edib.

Luis Moreno Osampo deyib ki, 11 ölkədə 30 missiyanın keçirdiyi 50 müsahibə, video və foto-şəkillər Liviyada mülki əhalinin təhlükəsizlik qüvvələrinin sistematik hücumuna məruz qaldığını göstərir. Prokuror fevral ayından bəri Qəzzafi qüvvələrinin hökumət əleyhinə nümayişçilərə qəddarcasına divan tutduğunu deyib.

XS
SM
MD
LG