Accessibility links

NATO təyyarələri Qəzzafi qüvvələrini hədəf almaqda davam edir


NATO təyyarələri Qəzzafi qüvvələrini hədəf almaqda davam edir
NATO təyyarələri Qəzzafi qüvvələrini hədəf almaqda davam edir

NATO təyyarələri ölkənin şərqində Breqa şəhərindəki üsyançılara hücum etmək üçün yollanan hərbi konvoyu atəşə tutub. Xəbərlərdə hücumlar zamanı iki maşının sıradan çıxdığı deyilsə də, əsgərlərin öldürüldüyü barədə məlumat verilmir.

Müxalifət qüvvələri bu gün səhər Breqa şəhərinin şərqində cəmləşiblər. Dünən Qəzzafiyə qarşı çıxan qüvvələr Breqanın yaşayış massivlərinə nəzarəti ələ almış, Qəzzafi tərəfdarları isə neft mədənlərində mövqe tutmuşdular. Liman şəhəri Breqanın ələ keçirilməsi Qəzzafiyə qarşı çıxan qüvvələrin iqtisadi cəhətdən güclənməsinə yardım edə bilər.

XS
SM
MD
LG