Accessibility links

NATO təyyarələri Tripolini vurub


NATO təyyarələri Tripolini vurub
NATO təyyarələri Tripolini vurub

NATO təyyarələri Liviya paytaxtı Tripoli yaxınlığında hədəfləri bombardman ediblər. Son hücum Müəmmər Qəzzafinin neft limanı Breqadakı qüvvələrinə endirilən hava zərbələrindən bir gün sonraya təsadüf edir.

NATO hava zərbələri sübh çağı Tripolinin şərq civarlarını silkələyib. Hələlik xəsarət və dəyən zərər barədə məlumat verilmir.

Qəzzafi 42 illik avtoritar hakimiyyətinə üsyan edən qüvvələrə qarşı mübarizədə Tripolidən istehkam kimi istifadə edir.

Liviyanın şərqində və qərbdəki bəzi ərazilərə nəzarət edən üsyançılar hər iki cəbhədən Tripoliyə doğru irəliləməyə çalışırlar. Onlar bu irəliləyişdə NATO-nun hava zərbələrinə arxalanırlar.

Dünən NATO təyyarələri Breqa yaxınlığında Qəzzafiyə məxsus qüvvələrin zirehli maşınlarını və raket qurğularını darmadağın ediblər.

XS
SM
MD
LG