Accessibility links

ABŞ generalı Ukraynaya silahla yardım edilməli olduğunu deyir


NATO hərbi qüvvələri komandiri Rusiyanın Ukraynanın şərqindəki üsyançılara hərbi dəstəyi davam etdirdiyi üçün bir daha qərbi Ukraynanı da silahla təmin etməyə çağırıb.

Bazar günü Brüsseldə keçirilən konfransda çıxış edən Birləşmiş Ştatlar Hərbi Hava Qüvvələrinin generalı Filip Bridlov deyib ki, ABŞ və ya hansısa digər dövlətin Ukraynanı silahla təmin etməsi istisna olunmamalıdır.

General Bridlov fevral ayında Moskva ilə atəşkəs barədə razılığa baxmayaraq, NATO kəşfiyyatının əlində Rusiya-Ukrayna sərhədindən ağır texnika və silahın keçirildiyinə dair sübutlar olduğunu deyib.

Son bir neçə həftədir Almaniyanın yüksək səviyyəli diplomatları Ukraynanın silahla təmin edilməli olduğunu deyib. Lakin onlar Rusiya hərbi qüvvələrinin Kiyevə qarşı hansı addım atacağını da nəzərdən qaçırmamalı olduğunu bildirib.

XS
SM
MD
LG