Accessibility links

Rusiya NATO-nu təhrikçilikdə ittiham edir


From left, Norwegian support vessel Valkyrien, Estonian mine-hunter Admiral Cowen, Dutch mine-hunter Makkum, Norwegian minesweeper Otra and Belgian mine-hunter Belis form a convoy during a NATO deployment in the Baltic Sea along the German Coast, April 22

From left, Norwegian support vessel Valkyrien, Estonian mine-hunter Admiral Cowen, Dutch mine-hunter Makkum, Norwegian minesweeper Otra and Belgian mine-hunter Belis form a convoy during a NATO deployment in the Baltic Sea along the German Coast, April 22

NATO qüvvələri Avropanın şərq bölgələrində cəmləşdirilir

NATO qüvvələrini Avropanın şərq bölgələrində cəmləşdirilir.

Nəqliyyat təyyarələri ABŞ-ın 130 yarı-hərbi dəstəsini Estoniyaya daşıyıb. NATO-nun döyüş təyyarələri və gəmiləri regiona üz tutub.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ və NATO-nu təhrikçi bəyanatlara görə ittiham edib.

NATO-nun Avropadakı komandiri, general Adrian Bradşou isə qüvvələrin regionda cəmləşdirilməsini məqsədəuyğun adlandırıb. "Biz atdığımız addımların təhlükəsizlik dinamikasının dəyişməsinə görə məqsədyönlü hesab edirik. Bu, NATO-nun regionla bağlı öhdəliklərinə tam şəkildə uyğundur.”

Rusiya da qüvvələri reginda cəmləşdirib. İki hərbi dəniz donanmsı gəmisi Qara dənizdəki bazaya yerləşdirilib.

Soyuq müharibə dövründən sonra baş qaldıran gərginliklər həm Rusiya, həm də Qərbin biri-birinə qarşı ittihamlarını artırıb.

Ötən həftə Ukraynanın Slovyansk şəhərində ATƏT-in 7 müşahidəçisinin rusiyapərəst separatistlər tərəfindən ələ keçirilməsi mübahisələri daha da dərinləşdirib. Girov götürülənlər arasında 5 Ukrayna əsgəri də var.

ATƏT-in missiyasının rəhbəri, Almaniyanın ordu nümayəndəsi Aksel Şnayder bildirib ki, ATƏT-in müşahidəçiləri missiyalarına uyğun şəkildə Ukraynada fəaliyyətdə idi. “Vyana sənədinə uyğun olaraq diplomatlar silahsız və xüsusi uniformalarda idi.”

Yaraqlılar ATƏT nümayəndələrini Ukraynada həbsdə olan fəallarla mübadilə etmək istəyir. Girov götürülənlər arasında 3 Almaniya əsgəri və 1 tərcüməçi var.

Vyana yerləşən ATƏT söyuq müharibə dözründə Qərblə Şərq arasında yaradılan bir forumdur. Bu qurumun missiyası sərf diplomatiyadır.

57 üzvlü ATƏT-ə Rusiya da üzvdür. Qərb ölkələri girovların azad edilməsində Moskvanın rolunun böyük olduğunu düşünür.
XS
SM
MD
LG