Accessibility links

NATO-nun yüksək səviyyəli komandiri Ukrayan hökumət qüvvləri və separatçılar arasında bufer zonasının yaradılmasına dair şənbə günü əldə edilmiş razılığın sakitliyin yaranmasına gətirib çıxaracağına inandığını bildirib. Lakin o deyib ki, Rusiya qüvvələrinin hələ də Ukrayna ərazisində olması vəziyyətin yaxşı olmadığını göstərir.

Litva paytaxtında NATO-nun hərbi komandirlərinin görüşündən sonra açıqlama verən ABŞ hərbi hava qüvvələrinin generalı Filip Bredlov bu ayən əvvəli imzalanmış atəşkəsə yalnız sözdə əməl olduğunu deyib. O bildirib ki, son günlər zorakılıqlar səviyyəsi atəşkəsə dair müqavilənin imzalanmasından əvvəlki vaxt olduğu qədər yüksəkdir.

Minskdə Ukrayna, Rusiya, separatçılar və ATƏT nümayəndələri arasında əldə edilmiş razılığa əsasən, Ukrayna hökumət qüvvələri və Rusiya tərədarı separatçılar arasında 30 kilometrlik buffer zonası yaradılmalıdır.

General Bredlov Rusiya qüvvələrinin sayı azalsa da, hələ də Ukrayna ərazisində qaldığını qeyd edib. Onun sözlərinə görə, bəzi əsgərlər Rusiyanın sərhəd bölgəsinə qayıdıb, lakin onların istənilən vaxt Ukraynaya gətirilməsi mümkündür.

XS
SM
MD
LG