Accessibility links

NATO Ukraynaya dəstək bildirib, lakin silah yardımı etməyib


Ukrayna prezidenti Petro Poroşenko və NATO Baş katibi Cens Stoltenberq

Ukrayna prezidenti Petro Poroşenko və NATO Baş katibi Cens Stoltenberq

NATO başçısı Ukraynaya Rusiya tərəfdarı separatçılardan müdafiə olunmaq üçün kömək etməyə söz verib. Lakin müdafiə məqsədilə silah yardımı gözləyən Kiyevdə bəziləri bunu narazılqla qarşılayıb. Qərb silah yardımının üsyançılarla kövrək atəşkəsə təhlükə yarada biləcəyindən ehtiyat edir.

NATO Baş katibi Cens Stoltenberq Ukraynanın Milli Təhlükəsizlik Şurasına ölkənin ABŞ-ın başçılığı ilə hərbi alyansdan yaxın tərəfdaşı olmadığını deyib və silahlı qüvvələrin müasirləşdirilməsinə dair müqaviləni imzalayıb.

Ukrayna prezidenti Petro Poroşenko və təhlükəsizlik orqanlarının rəhbərləri ilə görüşdən öncə danışan Stoltenberq Röyters xəbər agentliyinə NATO-nun ölkəni silahla təchiz etməyəcəyini deyib.

Cens Stoltenberqin NATO başçısı kimi Ukraynaya ilk səfəri Rusiya tərəfdarı separatçılarla münaqişə şəraitində Qərbə inteqrasiyaya can atan ölkə üçün rəmzi məna daşıyır.

NATO baş katibi qeyd edib ki, indi başlıca vəzifə Minsk razılaşmasının həyata keçirilməsindən ibarətdir. Stoltenberq əlavə edib ki, bu həftənin bazar günü fevral ayında sülh razılığının imzalanmasından sonra atəşkəsin pozulmasının qeydə alınmadığı ilk gün olub.

Minskdə əldə edilmiş razılaşmasının şərtlərinə əsasən, sülh planı bu ilin sonuna qədər gerçəkəşdirilməlidir. Sentyabr ayında gərginliyin azalması ümidverici olsa da, Stoltenberqin dediyi kimi, kifayət deyil.

Ukraynanın NATO baş katibinin səfəri zamanı Rusiyanın Ukraynaya qarşı təcavüzkar siyasət yeridən yeganə ölkə olduğunu tanıyan hərbi sənədin imzalanması planları ləğv edilib. Prezident Petro Poroşenkonun başçılığı ilə ölkə rəhbərliyi NATO-ya üzvlüyün Ukrayna ərazisini müdafiə etməyin yeganə yolu olduğunu hesab edir.

NATO isə Mokvanın heç bir halda təhrik edilməsinə yol vermək istəmir. Rusiya NATO-nun onun sərhədlərində şərqdə və cənub-şərqdə genişlənməsinə etiraz edir. Moksvanın öz sərhədlərində nüfuzunu artırması uğrunda mübarizə Ukrayna münaqişəsinin əsas səbəblərindən biri hesab edilir.

XS
SM
MD
LG