Accessibility links

Ekspertlər: NATO üzv ölkələrini müdafiə etməyə hazırdır [Video]


Şərqi Avropada baş verən son hadisələr və Rusiya ilə gərginliyin artması NATO-nun genişlənməsi ilə bağlı müzakirələrin canlanmasına səbəb olub. Moskva bu addımı təxribat olaraq görür. NATO liderlərinin gələn ayın əvvəli Varşavada sammit keçirməyə hazırlaşdığı bir vaxt məsələ daha da aktuallaşır.

NATO-nun cənub-şərqi Avropa ölkələri və Balkanlarda genişlənməsi ilə Balkan ölkələrində inkişaf və sabitlik də artacaq.

Monteneqronun NATO-ya qoşulmaq prosesinə başlaması ittifaqın gələcəkdə Balkanlar və digər ölkələrdə genişlənməsi perspektivi məsələsini gündəmə gətirib.

Makedoniyanın müdafiə naziri deyir ki, NATO hüdudlarından kənarda yerləşən bu ölkənin bloka üzvlüyü yeganə alternativdir.

“NATO-nun cənub-şərqi Avropa ölkələri və Balkanlarda genişlənməsi ilə Balkan ölkələrində inkişaf və sabitlik də artacaq,” deyə Zoran Yolevski bildirib.

Genişlənmədən əlavə NATO qüvvələrinin Baltikyanı dövlətlər, Polşa və Rumıniyada yerləşdirilməsi məsələsi də Varşava sammitində müzakirə obyekti olacaq. ABŞ-ın NATO-dakı keçmiş nümayəndəsi Kurt Volker alyansın bu regionda mövcudluğunun mühüm olduğunu deyir.

“Bu, Rusiya daxil olmaqla hər kəsə işarədir ki, NATO öz üzvlərini müdafiə etməyə hazırdır. Bu isə çox çox vacibdir. Hətta müdafiə büdcəsinin və ABŞ-ın öhdəliyinin azalmasına baxmayaraq belə, bu addım olduqca mühümdür,” deyə o bildirib.

NATO-nun Ruıniyada yerləşdirdiyi raketlərdən müdafiə sistemi

NATO-nun Ruıniyada yerləşdirdiyi raketlərdən müdafiə sistemi

Lakin NATO-nun şərq sərhədlərində qüvvələrini yerləşdirmək və ittifaqın üzvlərinin sayını artırmaq qərarı Rusiya prezidenti Vladimir Putin tərəfindən təhlükə kimi qəbul edilir.

“Onun məqsədi NATO-nu geri addım atmağa vadar etməkdir. O, Avropanı, NATO-nu bölmək istəyir, NATO-nun Rusiya ilə sərhəddə yerləşən üzv ölkələrini müdafiə etməməsini istəyir. NATO-nun isə bunu qəbul etməməsi çox vacibdir,” deyə Kurt Volker bildirib.

NATO-nun şərq cinahında qüvvələr yerləşdirməsinə cavab olaraq, Rusiya bu ilin sonuna qədər qərb və cənub sərhədlərinə 30 min əsgərdən ibarət üç hərbi bölmə yerləşdirməyə söz verib.

XS
SM
MD
LG