Accessibility links

NATO və Rusiya : Əməkdaşlığın perspektivləri


NATO və Rusiya : Əməkdaşlığın perspektivləri

NATO və Rusiya : Əməkdaşlığın perspektivləri

Rusiya və NATO münasibətlərinin bugünkü durumunu necə qiymətləndirirsiniz sualının cavabında NATO-nun baş katibi Anders Foq Rasmussen deyib ki, Lissabonda keçiriləcək NATO-Rusiya sammiti qurumla Rusiya arasındakı münasibətlərə yeni bir başlanğıc verəcək. “Rusiya bizim dostumuz və partnyorumuzdur. Biz Moskva ilə əlaqələri bütün sahələrdə inkişaf etdirməliyik. Lakin eyni zamanda aramızda fikir ayrılıqlarının da olduğunu yaddan çıxarmamalıyıq. Əsas məsələ ondadır ki, bizm bölüşdüyümüz bir sıra ortaq maraqlar mövcuddur və biz məhz bu sahələrdə əməkdaşlıq aparmalıyıq“.

NATO demokratiya ittifaqıdır. Rusiyanın isə demokratiyası çox zamanlar tənqid mövzusudur. Sizin fikiriniz nədir?

Bəli, NATO dəyərlər icmasıdır.Əlbəttə, alyans azadlıq və demokratiyanı əsas götürür.Lakin buna baxmayaraq, NATO Rusiya və ya başqa hər hansısa ölkənin daxili işlərinə müdaxilə etmir. Bununla yanaşı, NATO Rusiyanın demokratik yolda irəliləməsinin tərəfdarıdır.

NATO-nun baş katibi Anders Foq Rasmussen deyib ki, Rusiya əsl demokratiyaya doğru irəliləməklə yanaşı, insan hüquqlarına da ehtiram göstərməldir. “Rusiya və NATO münasibətləri bu sahədə əhəmiyyətli ola bilər deyə” o, sözünə davam edib.

Lissabon sammitinin Rusiya ilə NATO-nun Əfqanıstanla bağlı əməkdaşlığına yol aça bilərmi? Cənab Rasmussen bildirib ki, bu məsələnin əhəmiyyəti az deyil. Lakin Lissabon sammitində diqqət raketlərdən müdafiə sisteminə yönələcək.

Biz Rusiyadan hə və ya yox cavabı gözləmirik. Məqsəd gələcək əməkdaşlıq yollarının artırılmasıdır.Bundan əlavə Rusiyanın Əfqanıstandakı kampaniyamızda nə kimi rol oynaya biləcəyini müzakirə edəcəyik.

NATO-nun baş katibi Anders Foq Rasmussen deyib ki, terrorizmlə mübarizə də Rusiya ilə əməkdalığın əsas hissəsi olmalıdır.

Rusiya ilə nüvə silahlarının yayılmamasına dair sazişlə bağlı konkret bir nəticə əldə edilməyib. Rusiyanın BMT-dəki səfiri Dmitriy Roqozin bu yaxınlarda bu məsələ ilə bağlı ortaq bir zəmin olmadığını deyib. Nə etmək lazımdır?

Ölkələr müxtəlif coğrafi məkanlarda yerləşir. Məhz bu səbəbdən onlar təhlükələri də müxtəlif formada qiymətləndirir.Bu sahədə yüz faizlik razılığa ehtiyac yoxdur.Əsas məsələ raketlərdən müdafiə sistemi ilə bağlı razılıqdır.

NATO-nun baş katibi bildirib ki, Rusiyanın bununla bağlı sualları var və biz sualları cavablandırmaq üçün birgə araşdırmalar aparmalıyıq. “Lissabon sammiti bu ardırmalara start verə bilər”- deyə Rasmussen bildirib. Lissabon sammtindən sonra hansı strateji layihələr həyata keçiriləcək?

Mən şəxsən Rusiya ilə NATO arasında strateji əməkdaşlığın genişləndirilməsini istəyirəm. Mən gələcəkdə Brüssellə Moskva arasında tərəfdaşlığa inanıram. Biz Rusiya ilə terrorzmlə mübarizə, qurldurluq, narkotiklərlə mübarizə və raketlərdən müdafiə sisitemi kimi mühüm sahələrdə əməkdaşlıq edə bilərik.

NATO-nun baş katibi Anders Foq Rasmussen deyib ki, əgər otraq bir raketlərdən müdafiə sistemi yaradılsa, təhlükəsizliyin ortaq strukturu, Avro- atlantik təhlükəsizlik üçün ortaq bir çətir yaradıla bilər. “Bu həm müdafiə, həm də qarşılıqlı etimad mahiyyəti daşıyacaq. Növbəti addım bu olacaq”- deyə NATO-nun baş katibi bildirib.

XS
SM
MD
LG