Accessibility links

NATO-ya üzv ölkələrin nümayəndələri Brüsseldə görüşür

  • Amerikanın səsi

ABŞ-ın müdafiə naziri Leon Panetta

ABŞ-ın müdafiə naziri Leon Panetta

NATO-ya üzv ölkələrin nazirləri bu gün Brüsseldə bir araya gələrək, alyans qüvvələrinin Liviyadakı missiyası, Əfqanıstanmüharibəsi və üzv ölkələrin büdcələrinin ixtisarı məsələləri müzakirə edir. Yığıncaqda çıxış edən ABŞ-ın müdafiə naziri Leon Panetta NATO-ya üzv ölkələrin əvvəlkindən daha sıx əməkdaşlıq etməli olduğunu və Birləşmiş Ştatların maliyyə dəstəyi barədəki fikirlərin səhv olduğunu deyib. Cənab Panetta Pentaqonun gələcək 10 il müddətində 450 milyard dollarlıq ixtisarla üzləşəcəyini və bunun ABŞ daxilində və xaricində təhlükəsizliyə mənfi təsir göstərəcəyini deyib. ABŞ-ın müdafiə naziri sabiq Liviya lideri Müəmmər Qəzzafinin devrilməsini misal gətirərək, alyansın hərbi təyyarələrinin hələ də Qəzzafiyə sadiq qüvvələrə qarşı hücumlar həyata keçirdiyinin NATO-nun mühümlüyünü göstərir.

XS
SM
MD
LG