Accessibility links

Noyabrın 25-dən 28-dək Bakı şəhərində NATO-nun Müttəfiq Transformasiya Komandanlığı və Müttəfiq Qüvvələrin Avropadakı Ali Komandanlığının ekspert qrupu tərəfindən Silahlı Qüvvələrdə "NATO Günləri" mövzusunda seminar təşkil edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, NATO-nun Hərbi Əməkdaşlıq İdarəsinin Hazırlıq və İcra şöbəsinin Qrup koordinatoru polkovnik Yusuf Bayazitin (Türkiyə Silahlı Qüvvələri) rəhbərlik etdiyi tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin hərbi təhsil müəssisələrində müəllim və komandanlıq heyətinə, kursantlara və dinləyicilərə Şimali Atlantika bloku haqqında ətraflı məlumat verilib.

Tədbirdə NATO-nun strukturu, yaranma tarixi, məqsədi, siyasəti və strategiyası, onun yeni strateji konsepsiyası, transformasiya prosesi və islahatlar, tərəfdaşlıq münasibətləri, NATO-nun rəhbərliyi altında keçirilən sülhməramlı və böhranlara cavab vermə əməliyyatları haqqında təqdimatlar verilib və dəyirmi masa müzakirələri aparılıb.
XS
SM
MD
LG