Accessibility links

NATO Azərbaycanla hərbi əməkdaşlığı genişləndirmək niyyətindədir


NATO-logo

NATO-logo

NATO ölkələri xarici işlər nazirlərinin toplantısında Şərqi Avropada hərbi kontingentin gücləndirilməsi müzakirə ediləcək

Aprelin 1-də Brüsseldə NATO ölkələrinin xarici işlər nazirlərinin iki günlük müşavirəsi açııb. Reuter-in məlumatına görə, iştirakçılar Şərqi Avropada hərbi kontingentin gücləndirilməsi və NATO-nun daimi hərbi bazalarının yaradılması variantlarına baxacaqlar.

Ukraynada böhran fonunda Ukraynada alyans həmçinin Moldova, Ermənistan və Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir, xəbəri Der Spiegel qəzeti yayıb. Nəşrin əlinə NATO-nun sadalanan ölkələrlə “əməkdaşlığın inkişafı üzrə təcrübi tədbirlər” haqqında sənəd düşüb. Əsas məqsəd regionda tərəfdaşların dəstəklənməsidir.

Nəşrin məlumatına görə, həmçinin bu dövlətlərin ordularının NATO üzvü olan ölkələrin silahlı qüvvələri ilə uyğunluğunun artırılması üçün imkanlara baxılacaq – söhbət birgə təlimlər keçirilməsindən və hərbi qulluqçuların ixtisasının artırılmasından gedir. Bu vəzifələrin həyata keçirilməsi üçün Kişinyova NATO-nun zabiti göndəriləcək. Azərbaycanla energetika və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq gücləndiriləcək, Ermənistanda ölkənin silahlı qüvvələrinin şəxsi heyətinin ixtisasının artırılması prioritet sayılır.

ABŞ və onun müttəfiqləri Ukraynaya qoşun yeritməyəcəyini bəyan edib və Şərqi Avropada təşvişə düşmüş tərəfdaşlarını, xüsusən Baltikyanı ölkələri etibarlı müdafiə olunduqlarına inandırmağa çalışıb.

Bu arada Ukrayna Ali Radası çərşənbə axşamı başqa ölkələrin silahlı qüvvələrinin, xüsusən Avropa İttifaqı və NATO hərbiçilərinin birgə təlimlər keçirilməsi üçün ölkəyə buraxılması haqqında qərar qəbul edib.

Ağ Evin milli təhlükəsizlik şurası müşavirinin müavini Ben Rods jurnalistlərə bildirib ki, ABŞ Şərqi Avropada NATO-nun quru və hərbi-dəniz qüvvələrini artıracaq. Hazırda Şərqi Avropa ölkələrində alyansa işləyən amerikalıların sayı təxminən 80 min nəfər olaraq qiymətləndirilir.

Bununla yanaşı, Gürcüstan və Ukraynanın NATO-ya daxil olması məsələsi, görünür, görüşdə müzakirə olunmayacaq. Tərəfdaşlar alyansın genişləndirilməsi ehtimalı haqqında iyunda keçiriləcək növbəti görüşdə danışacaqlar.

Brüsseldə müşavirə ərəfəsində “Veymar üçbucağı” ölkələri – Almaniya, Fransa və Polşa Avropa İttifaqının Şərqi Avropa ilə bağlı siyasətə yanaşmanı dəyişdirməyə çağırıblar. Hər üç ölkənin xarici işlər nazirlərinin fikrincə, Şərqi Avropa ölkələrini artıq Aİ və Rusiya arasında kəskin seçim qarşısında qoymaq olmaz, xəbəri DW yayıb.

Dünən verilmiş birgə bəyanatda deyilir ki, Ukrayna, Gürcüstan, Moldova, Belarus və Azərbaycana həm Qərb, həm də Şərqlə sıx əməkdaşlıq imkanı verilməlidir.

Eyni zamanda, “Veymar üçbucağı” ölkələri etiraf ediblər ki, Aİ Moskvanın Avropa İttifaqı və Ukrayna arasında assosiasiya sazişi imzalanmasına reaksiyasını yetərincə qiymətləndirməyib və həmkarlarını böhranın yumşaldılması üçün tədbirlər görməyə çağırıblar.
XS
SM
MD
LG