Accessibility links

İlham Əliyev NATO baş katibinin nümayəndəsi ilə görüşüb


NATO baş katibinin xüsusi nümayəndəsi Ceyms Appaturay

NATO baş katibinin xüsusi nümayəndəsi Ceyms Appaturay

Prezident İlham Əliyev fevralın 16-da NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayla görüşüb.

Rəsmi məlumata görə, görüşdə Azərbaycan ilə NATO arasında uğurlu əməkdaşlıq əlaqələrinin mövcud olmasının razılıq doğurduğu vurğulanıb, Azərbaycanın Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq təhlükəsizliyə verdiyi töhfə yüksək qiymətləndirilib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyətinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb, NATO-nun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün daim dəstəklənməsindən məmnunluq ifadə olunub.

XS
SM
MD
LG