Accessibility links

Azərbaycan NATO-nun yeni missiyasında potensial əməliyyat tərəfdaşı kimi qəbul edilib

Brüsseldə keçirilən Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (ISAF) töhfə verən dövlətlərin xarici işlər nazirlərinin görüşündə 2014-cü ildən sonra Əfqanıstanda ISAF əməliyyatının əvəzinə yeni NATO missiyası yaradılacağı haqda qərar qəbul olunub. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə deyilir ki, yeni missiyanın əsas vəzifələri təlim, məsləhət və yardımdan ibarət olacaq.

NATO-nun etibarlı və sadiq tərəfdaşı olaraq, habelə ISAF əməliyyatına verdiyi əhəmiyyətli töhfələri nəzərə alaraq, NATO tərəfindən Azərbaycan bu missiyada potensial əməliyyat tərəfdaşı kimi qəbul edilib. Bundan sonra, Azərbaycan yeni missiyanın planlama prosesində iştirak edəcək.

Hazırkı mərhələdə Azərbaycandan başqa yalnız 7 tərəfdaş dövlət – Avstraliya, Gürcüstan, Yeni Zelandiya, Ukrayna, Finlandiya, İsveç və Monteneqro potensial əməliyyat tərəfdaşı kimi qəbul edilib.
XS
SM
MD
LG