Accessibility links

Azərbaycanda NATO-nun təlim kursu başlayıb


Hərbi Dəniz Qüvvələri_logo
Hərbi Dəniz Qüvvələri_logo

Hərbi Dəniz Qüvvələrinin iştirak etdiyi kurs “Strateji qabiliyyət vasitələrinin müdafiəsində dənizdə şəraitə nəzarət amili” mövzusunu əhatə edir

Oktyabr 17-də Azərbaycanda NATO-nun Neapoldakı Hərbi Dəniz Qüvvələri Komponent Komandalığının mobil təlim qrupu tərəfindən Hərbi Dəniz Qüvvələri zabitləri üçün “Strateji qabiliyyət vasitələrinin müdafiəsində dənizdə şəraitə nəzarət amili” mövzusunda təlim kursu başlayıb.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, iki gün davam edəcək kursda NATO-nun Neapoldakı Hərbi Dəniz Qüvvələri Komandanlığının strukturu, fəaliyyətinin əsas istiqamətləri, keçirdiyi əməliyyatlar, dənizdə hava hücumundan müdafiə, suüstü və sualtı elementlərin rolu, rabitə sistemləri, dənizdə güc tətbiq etmə qaydaları kimi mövzular müzakirə ediləcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG