Accessibility links

Əfqanıstanda NATO-nun vertalyotu vurulub


Əfqanıstanda NATO-nun vertalyotu vurulub

Əfqanıstanda NATO-nun vertalyotu vurulub

Helmənd vilayətində baş verən hadisə nəticəsində ABŞ-ın dörd hərbcisi həyatını itirib. Taliban əməliyyatın məsuliyyətini öz üzərinə götürərək bildirib ki, onlar vertolyotu Səgin mahalında raketlə vurublar.

Taliban yaraqlılarının NATO-nun bir vertolyotunu vurması nəticəsində Amerikanın 4 əsgəri həlak olub. NATO bildirir ki, vertolyot düşmən atəşi nəticəsində vurulub. Taliban əməliyyatın məsuliyyətini öz üzərinə götürərək bildirib ki, onlar vertolyotu Səgin mahalında raketlə vurublar. Əfqan rəsmiləri isə deyirlər ki, vertolyut aşağıdan uçurdu və piyadə qüvvələrinə müşaiyyət edirdi. Bu arada Britaniyanın müdafiə nazirliyi bildirir ki, bu gün Nəhre Sarac mahalında partlayış nəticəsində bir əsgəri həlak olub. Keçən bazar ertsindən bəri bir sıra atışmaarda NATO-nun18 əsgəri həlak olub. Bu gün Birləşmiş Ştatların müdafiə naziri Robert Gates deyib ki,koalisiya qüvvələrində iştirak edən ölkələr cari ilin axırlarında Əfqanıstanda tərəqqi əldə edilməsini görmək istəyirlər. Cənab Gates Britaniyalı həkmarı ilə görüşmək üçün Londondadır.

XS
SM
MD
LG