Accessibility links

NATO-nun yeni başçısı deyir ki, Qərb hərbi alyansı Ukraynanın şərqində atəşkəsi dəfələrlə pozulmasından narahatdır. Polşada ilk beynəlxalq səfəri zamanı çıxış edən Cens Stoltenberq dolayısı yolla Rusiya tərəfdarı separatçıları ittiham edib. O, Ukraynadakı hökumətin də həm atəşkəsə nəzarət etməkdə, həm də siyasi vəziyyəti yaxşılaşdırmaqda daha iş görməsini istəyir.

Norveçin sabiq baş naziri deyib ki, separatçıların atəşkəsə əmək etməsini təminat altına almaq üçün Rusiyanın da bütün təsir qabiliyyətlərindən istifadə etməsi qaçılmazdır.

Keçən həftə Donetskdə, xüsusilə də üsyançıların ələ keçirməyə çalışdığı şəhərin hava limanında hökumət qüvvələri ilə separatçılar arasında güclü döyüşlər gedib. Tərəflər tələfatlara görə bir-birini ittiham edir.

Bu gün də Donetskdə yaşayış massivinin hücuma məruz qalması nəticəsində ən azı bir nəfər ölüb.

Bununla yanaşı, Kiyevdə prezident Petro Poroşenko ABŞ dövlət katibinin Avropa və Avrasiya Məsələləri üzrə yardımçısı Viktoriya Nulandla görüşüb. Cənab Poroşenko Ukraynanın Rusiya ilə sərhədlərinin mühafizəsinin gücləndirilməsinin vacibliyinin vurğulayıb. Nuland prezidentin atəşkəs əldə olunmasına dair səylərini yüksək qiymətləndirib.

XS
SM
MD
LG