Accessibility links

Aleksey Navalnı 5 illik həbs hökmünün apellyasiyasınadək müvəqqəti azadlığa buraxılıb.

Rusiyanın müxalifət lideri sentyabr ayının 8-də keçiriləcək Moskva şəhərinin meri seçkilərində iştirak edə biləcək.

Navalnı dünən 10 min ton taxta-şalban oğurluğunda ittiham edilərək, 5 il müddətinə həbs cəzasına məhkum edilmişdi.

Hökumətdə korrupsiya hallarını ifşa edən müxalifət lideri ittihamların siyasi əsaslı olduğunu və onu susdurmaq məqsədi daşıdığını deyib.

Birləşmiş Ştatlar Aleksey Navalnı və Pyort Ofitserovun həbs cəzasına məhkum edilməsini qınayaraq, Rusiya hökumətini korrupsiya əleyhinə mübarizə aparan fəallara qarşı təzyiqləri dayandırmağa çağırıb.

Ağ Evin sözçüsü Cey Karni ABŞ hökumətinin məhkəmənin hökmü ilə dərin təəssüf hissi keçirdiyini deyib.

Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Ketrin Eşton Navalnının həbsə məhkum edilməsi il bağlı narahatlığını bildirərək, məhkəmə işinin gedişi zamanı ittihamların əsaslandırılmadığını deyib.
XS
SM
MD
LG