Accessibility links

Rusiya müxalifət lideri Aleksey Navalnı Moskva yaxınlığındakı seçki məntəqəsində polis tərəfindən qısa müddət saxlanıb.

Sentyabrda keçiriləcək bələdiyyə seçkilərinə bu gün qeydiyyatdan keçdikdən sonra cənab Navalnı tərəfdarları qarşısında çıxış edən zaman polis tərəfindən saxlanaraq, yaxınlıqda dayanan avtobusa mindirilib. Lakin cənab Navalinini dəstəkləyənlər avtobusu əhatəyə alaraq, onun hərəkət etməsinə imkan verməyib. Bir neçə dəqiqədən sonra polis müxalifət liderini azad edib.

Azad edildikdən sonra cənab Navalnı kütləyə minnətdarlığını bildirib və gözəl seçki kampaniyası olduğunu deyib.
XS
SM
MD
LG