Accessibility links

Əmlak mənimsəmək ittihamı ilə 5 il həbs cəzası ilə üzləşən müxalifət lideri Aleksey Navalnının hökmü Rusiya məhkəməsi tərəfindən dayandırılıb. Bu qərar Rusiyanın Kirov regionunda bu gün çıxarılıb.

Korrupsiyaya qarşı yazıları ilə tanınan bloger Navalnı 2009-cu ildə ağac şirkətindən 500 min dollar mənimsəməkdə ittiham edilir. Navalnı hakimə mürəciətində ona qarşı irəli sürülən ittihamın siyasi motivlərə əsaslandığını bildirib.

İyul ayında həbs edilən Navalnı bir gün saxlandıqdan sonra apellyasiya məhkəməsinə qədər azad edilmişdi.
XS
SM
MD
LG