Accessibility links

Aleksey Navalnı beş il həbs cəzasına məhkum edildi


Rusiya məhkəməsi müxalifət lideri Aleksey Navalnını iş yerində yeyintiyə yol verməkdə ittiham edərək onu beş il həbs cəzasına məhkum edib.

Aleksey Navalnı dörd il əvvəl Kirovles şirkətində məsləhətçi vəzifəsində işləyərkən şirkətdən 500 min dollar dəyərində taxta-şalban oğurlayan qrupa rəhbərlik etməkdə ittiham edilir.

Hakim Navalnını altı ilədək azadlıqdan məhrum edə bilərdi.

Hökumətdə korrupsiya hallarını ifşa edən müxalifət lideri ittihamların siyasi əsaslı olduğunu və onu susdurmaq məqsədi daşıdığını deyib.

Rusiya qanununlarına görə Navalnı ona qarşı irəli sürülən ittihamlara görə sentyabr ayında Moskva meri seçkilərində iştirak edə bilməyəcək.
XS
SM
MD
LG