Accessibility links

ABŞ hərbi dəniz donanması Virciniya ştatının sahilində vertolyotun Atlantik okeanına düşməsindən sonra ikinci dəniz donanma əsgərinin öldüyünü deyib.

Xilas edilən digər iki donanma əsgəri müalicə edilir. Xilasetmə dəstəsi bu gün itkin düşmüş əsgərin axtarışını davam etdirəcək.

Bunabənzər digər bir vertolyot dünən səhər təlim əməliyyatı zamanı qəzaya uğrayıb.

Dəniz donanması hadisəyə dərhal reaksiya verənlər arasında dəniz sərhəd keşikçilərinin olduğunu deyib.

24 saat ərzində ikinci ABŞ hərbi vertolyotu qəzaya uğrayır.

Britaniyada ABŞ Hava Qüvvələrinə məxsus vertolyotun bataqlığa düşməsi nəticəsində dörd pilot ölüb.

Hava Qüvvələrinə məxsus Pave Hawk vetolyotu London şəhərindən 200 kilometr şimal-şərqdə aşağı səviyyəli təlim missiyasını yerinə yetirən zaman qəzaya uğrayıb.
XS
SM
MD
LG