Accessibility links

Vaşinqtondakı qətliamı bir adam törədib


Vaşinqton rəsmilərinin bildirdiyinə görə, dəniz donanması bazasında 13 nəfərin ölümü ilə nəticələnən hadisə kontraktla çalışan bir nəfər tərəfindən törədilib.

34 yaşlı Aron Aleksis polislə atışma zamanı öldürülüb. Polis onun bazaya qanuni şəxsiyyət vərəqəsi və alovlu silahla daxil olduğunu bildirib.

İlk öncə hücumçu sualtı qayıqlar və gəmi alqı-satqısı və təmiri ilə məşğul olan Dəniz Komandanlığı idarəsində atəş açıb. Həmin binada əksəriyyəti mülki işçilər olmaqla, 3000 nəfər çalışır.

Aleksisin bundan əvvəl iki dəfə atəş açma ittihamı ilə həbsə alındığı bildirilir. Onlardan biri 2004-cü ildə Seattlda, digəri isə 2010-cu ildə Fort Uortda baş verən hadisələrdir.

Polisin məlumatına görə, ölənlər 40-la 70-lər arasında yaşlarda olan insanlardır.

Hazırda polis cinayətin motivlərini araşdırır. Rəsmilər hadisənin beynəlxlaq terroizmlə əlaqəsi olmadığını, bunun dini və ya siyasi motivlərə əsaslandığına dair yazılı heç bir eirafnamə tapılmadığını deyir.

Hüquq-mühafizə orqanlarının rəsmiləri Aleksisin paranoyya və yuxusuzluqdan əziyyət çəkdiyini bildirib.

Onun ailəsi Aleksisin avqust ayından bəri əqli problemlərinə görə müalicə altında olduğunu bəyan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG