Accessibility links

Avropa ölkələrinin diplomatları Naxçıvanda olub


Avropa İttifaqı ölkələrinin diplomatları Naxçıvanda olub

Avropa İttifaqı ölkələrinin diplomatları Naxçıvanda olub

Avropa İttifaqına daxil olan 10 ölkənin diplomatı Naxçıvanda görüşlər keçirib

Fevralın 14-də Avropa İttifaqının 10 ölkəsinin - Litva, Latviya, Çexiya, Almaniya, Avstriya, Macarıstan, Fransa, İsveçrə, Böyük Britaniya və s. nümayəndələri Naxçıvan Muxtar Respublikasına gediblər.

Turan-ın bölgə müxbirinin məlumatına görə, diplomatik nümayəndələr NMR-nin Ədliyyə Nazirliyində görüşlər keçiriblər. Eyni zamanda NMR-in Demokratiya və QHT-in İnkişaf Resurs Mərkəzinin ofisində olublar. Onlar hüquq müdafiəçiləri Məlahət Nəsibova, İlqar Nəsibov, Elman Abbasov, Həkimeldostu Mehdiyev və Həsən Şıxaliyevlə görüşüblər. Görüş zamanı hüquq müdafiəçilərinin fəaliyyəti, onlara qarşı edilən təzyiqlər və NMR-dakı ictimai siyasi durumu müzakirə edilib. Həmçinin bu yaxınlarda məhkəmə tərəfindən barələrində hökm oxunan iki iş adamı - Qurban Məmmədov və Nadir Məmmədovun ailəsinə baş çəkiblər.

Həmçinin diplomatlar iş adamları ilə həbsxanada görüşmək üçün NMR Ədliyyə Nazirliyinə müraciət ediblər.
XS
SM
MD
LG