Accessibility links

Naxçıvanda AXCP fəalı 2,5 il şərti azadlıqdan məhrum edilib


Hicran Qasımov

Hicran Qasımov

Fevralın 3-də Naxçıvan Şəhər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı, qanunsuz narkotik saxlamaqda ittiham olunan Hicran Qasımovun işi üzrə proses başa çatıb. Məhkəmə onu 2,5 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Bu barədə Amerikanın Səsinə Qasımovun ailə üzvləri bildirib.

Bir müddət əvvəl AXCP-nin Naxçıvan təşkilatının sədri Yaşar Bağırsoyun verdiyi məlumata görə, Hicran Qasımov bütün narkotik ticarəti və xuliqanlıq ittihamlarını təkzib edib və onları qondarma adlandırıb.

Hicran Qasımov ötən ilin noyabr ayında həbs edilib. Ona 234.1 (qanunsuz narkotik dövriyyəsi) və 128-ci (sağlamlığa az ağır ziyan vurma) maddələrlə ittiham irəli sürülüb. Qasımovun ailə üzvləri bildiriblər ki, onun həbsinə siyasi əqidəsi səbəb olub.

XS
SM
MD
LG