Accessibility links

Qurbanov və Məmmədov müvafiq olaraq 4 və 5 il müddətinə həbsə məhkum edilmişdi

Naxçıvanda biznesmenlər Məhəmməd Qurbanov və Nadir Məmmədov həbsdən azad edilib.

Naxçıvan Muxtar Respublikası (NMR) Ali Məhkəməsi daha əvvəl müvafiq olaraq 4 və 5 il müddətinə azadlıqdan məhrum edilmiş Məmməd Qurbanovun və qohumu Nadir Məmmədovun şikayətini qismən təmin edib.

Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək, NMR Ali Məhkəməsi Qurbanov və Məmmədov barəsində müvafiq olaraq 3 və 2 il şərti azadlıqdan məhrumetmə cəzası çıxarıb.

Bu zaman məhkəmə 60 yaşlı Qurbanovun yaşını, Məmmədovun isə azyaşlı uşağı olmasını diqqətə alıb.

Hər iki şəxs məhkəmə zalında azad edilib. Bununla belə, hər iki biznesmen özlərini təqsirsiz hesab etməkdə davam edir.

Qurbanov, onun qohumu Nadir Məmmədov dekabrın 8-də bir gün əvvəl gömrük işçilərinin saxladığı yüklərini almaq üçün gəldikləri “Sədərək” gömrük məntəqəsində döyülüblər. Yük sahibləri gömrükçülərə rüşvət ödəməkdən imtina etdikləri üçün saxlandıqlarını iddia edir. Qurbanov və Məmmədovun döyülməsinə baxmayaraq, onların özlərini gömrük işçilərinə müqavimət göstərmək və xuliqanlıq ittihamı ilə saxlayaraq, fevralın 13-də müvafiq olaraq 4 və 5 il müddətinə həbs ediblər.
XS
SM
MD
LG