Accessibility links

Naxçıvanda son dövrlər güclənən özbaşınalıqlar müzakirə edilib


İctimai Palatanın Naxçıvan təşkilatı

İctimai Palatanın Naxçıvan təşkilatı

İP-nin Naxçıvan təşkilatı həmçinin ictimai-siyasi vəziyyəti, normal seçki mühitinin yaradılmasını müzakirə edilib. Rəsmi şəxslər isə Muxtar Respublikanın çiçəkləndiyini deyir.

Müsavat Partiyası Naxçıvan Muxtar Respublika təşkilatının qərargahında İctimai Palatanın Naxçıvan MR təşkilatının Koordinasiya Şurası növbəti yığıncağını keçirib.
Yığıncaqda ölkədə və muxtar respublikada ictimai-siyasi vəziyyət, növbəti prezident seçkilərinə qədər Azərbaycanda normal seçki mühitinin yaradılması müzakirə edilib.
Toplantıda həmçinin muxtar respublikada son dövrlər daha da şiddətlənən özbaşınalıqlara, qanunsuzluqlara, məmur özbaşınalığına və sahibkarların total şəkildə hüquqlarının pozulmasına, müxalifət qəzetlərinin muxtar respublikaya buraxılmamasına münasibət bildirilib.
Qərara alınıb ki, baş verən qanunsuzluqlar, məmur özbaşınalığı, rüşvətxorluq və korrupsiya halları, prezidentin Naxçıvan MR-ya səfəri zamanı Naxçıvana ayrılan 10 milyon manat əlavə vəsaitin aqibəti, son dövrlər bəzi yüksək çinli məmurların Naxçıvanda milyonlar dəyərində tikdirdikləri mülklər barədə aidiyyatı qurumlara sorğular göndərilsin, araşdırmalar aparılsın və müvafiq bəyanatlar verilsin.
İctimai Palata Naxçıvan MR təşkilatının Koordinasiya Şurasının növbəti yığıncağı avqustun 26-da olacaq.
Öz növbəsində, Naxçıvanın rəsmi hakimiyyəti Muxtar Respublikanın günbəgün çiçəkləndiyini bildirir.
XS
SM
MD
LG