Accessibility links

Minik avtomobili hərbi avtomobillə toqquşub

Bu gün Naxçıvan Muxtar Respublikasında ağır yol qəzası baş verib.

Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən APA agentliyinə verilən məlumata görə, bu gün axşam saatlarında Muxtar Respublikanın Kəngərli rayonu istiqamətində hərəkət edən KamAZ markalı hərbi maşın minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində minik maşınında olan 7 nəfərdən 5-i hadisə yerindəcə ölüb.

Digər 2 nəfər isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ölənlərin arasında azyaşlı da var.

Müdafiə Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyiblər. Qəza zamanı yük maşınından olan hərbi qulluqçulardan biri yüngül xəsarət alıb.

Show comments

XS
SM
MD
LG