Accessibility links

Naxçıvanda müxbirin işığını kəsiblər


Naxçıvanda müxbirin işığını kəsiblər

Naxçıvanda müxbirin işığını kəsiblər

Həkimeldostu Mehdiyev Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, müxbir məcbur olaraq Naxçıvanı tərk etdikdən sonra Şərur rayon rəhbərləri onu hədələyib. “Cümə günündən isə yerli hakimiyyət mənim Şərur rayonunun Cəlil kəndindəki evimə elektrik enerjisinin verilməsini dayandırıb.

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) Naxçıvan üzrə bölgə müxbiri Həkimeldostu Mehdiyev Almayanın “Frankfurter Algemayne Saytunq” qəzetinin Naxçıvana gəlmiş müxbiri Mixael Lyudviqi müşaiyyət etdikdən sonra yerli hakimiyyət orqanlarının təzyiqinə məruz qaldığını bildirir.

Cənab Mehdiyev Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, müxbir məcburi olaraq Naxçıvanı tərk etdikdən sonra Şərur rayon rəhbərləri onu hədələyib. “Cümə günündən isə yerli hakimiyyət mənim Şərur rayonunun Cəlil kəndindəki evimə elektrik enerjisinin verilməsini dayandırıb. Yerli hakimiyyət nümayəndələri Şərur rayon icra hakimiyyəti başçısının müavininin rəhbərliyi ilə traktorlar və buldozerlərlə evimə hücum çəkdilər. İlk öncə, evimin yolundakı körpünü dağıtdılar, işıq dirəklərini, naqilləri və elektrik şitlərini söküb apardılar. Bu zaman baş verənləri lentə alan jurnalistlər Elman Abbasov və İlqar Nəsibov fiziki təzyiqə məruz qaldı. Onların kameraları və fotoaparatları alındı. Hətta zülm o səviyyədə idi ki, traktorçulardan biri işləməkdən imtina etdi”.

Onun sözlərinə görə, hazırda ailəsi qaranlıqda yaşayır. “Evimə elektrik enerjisinin verilməsi tamamilə dayandırılıb. Telefon, su nasosu, internet işləmir. İndi qaranlıq içində, susuz və telefon rabitəsi olmadan yaşayırıq. Kənddə qohumlarımız belə bizə kömək etməkdən qorxur. Çünki, kim kömək edərsə onun övladları işdən azad ediləcək”.

Cənab Mehdiyevə 1047 manat cərimə qoyublar. “Mən bu cərimənin mənbəyinin nə olduğunu soruşuram. Çünki, iyun ayınadək istifadə etdiyimiz elektrik enerjisinin haqqını ödəmişəm. Əlimizdə qəbzimiz var. Prokurorluq orqanları şikayətimizə cavab vermir. Bunun əvəzində, dünən rayon prokuroru məni dəvət edərək cəriməni ödəməyimi tələb edib”.

Cənab Mehdiyev hesab edir ki, ona təzyiqlər hüquq müdafiə fəaliyyəti və Almaniyalı müxbirə tərcüməçilik etdiyi ilə bağlıdır. “Əsasən indiki təzyiqlər onunla bağlıdır ki, Almaniyanın “Frankfurter Alqemayne” qəzetinin jurnalistini müşayiət etmişəm”.

O yerli hakimiyyət orqanlarını məhkəməyə verəcəyini bildirib.

XS
SM
MD
LG