Accessibility links

Naxçıvanın Nehrəm kəndində su mübahisəsi


Naxçıvanın Nehrəm kəndində su mübahisəsi
Naxçıvanın Nehrəm kəndində su mübahisəsi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Naxçıvan MR təşkilatının rəhbəri Yaşar Bağırsoy və qardaşı Zeynal bu gün zaminə buraxılıb.

Naxçıvanda iki gün həbsdə qalan müxalifət fəalları bu gün zaminə buraxılıb.

Turan agentliyinin məlumatına görə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının Naxçıvan MR təşkilatının rəhbəri Yaşar Bağırsoy və qardaşı Zeynal bu gün zaminə buraxılıb.

Bağırsoy qardaşları Babək rayonunun Nehrəm kəndində “Su təsərrüfatı” ASC-nin suyun qiymətini qaldırmasına etiraz olaraq keçirilən aksiyadan sonra saxlanıb. Aksiya mülki şəxslərdən istifadə edən yerli hakimiyyət tərəfindən dağıdılıb. Aksiya dağıdılan zaman və sonra Bağırsoy qardaşları və bir neçə nəfər döyülüb. Zərərçəkənlər Babək rayon Polis Şöbəsinə şikayət edib və polis şikayətçilərin özlərini saxlayıb.

Onların barəsində Cinayət Məcəlləsinin ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə və xuliqanlıq maddələri ilə cinayət işi qaldırılıb.

8 minədək sakini olan Nehrəm kəndinin camaatı əkin sahələrini sulamaq üçün su qıtlığından əziyyət çəkir. Belə ki, yerli sakinlərlə Sudan İstifadə Edənlər Birliyinin rəhbərliyi arasında narazılıq yaranıb. Naxçıvanda bütün kəndlərdə Sudan İstifadə Edənlər Birlikləri fəaliyyət göstərir və bu qurum Su və Meliorasiya Cəmiyyətindən suvarma məqsədi ilə su alıb sakinlərə satır. Birlilər hər hektar sahə üçün suyu 50 qəpikdən alır, sakinlərə isə dəfələrlə baha satdığından insanlar etiraz edir.

XS
SM
MD
LG