Accessibility links

Almaniyada 93 yaşlı sabiq nasistin məhkəməsi keçirilir


Almaniya məhkəməsində faşistlərin işğal etdiyi Polşadakı Osventsim ölüm düşərgəsində yəhudiləri qaz kameralarında öldürən 93 yaşlı gözətçinin işinə baxılır.

Oskar Qrouninq 1944-cü ildə Osventsimdə 300 min yəhudinin ölümündə ittiham edilir.

Qrouninq bu həftənin əvvəlində hakimə deyib ki, o, baş verənlərlə bağlı özünü mənəvi günahkar hesab edir. Sabiq SS faşistinin məhkəmə prosesi iyul ayınadək davam edəcək.

XS
SM
MD
LG