Accessibility links

Fövqəladə hallar nazirinin iki müavini təyin edilib


Prezident Ilham Əliyev və fövəladə hallar naziri Kəmaləddin Heydərov

Prezident Ilham Əliyev və fövəladə hallar naziri Kəmaləddin Heydərov

Yeni müavinlər Prezident Administrasiyasının rəhbərinin və Tibb Universiteinin rektorunun övladlarıdır

Prezident İlham Əliyevin sərəncamı ilə fövqalədə hallar naziri Kəmaləddin Heydərovun iki yeni müavini təyin edilib.

Belə ki, dövlət başçısı Teymur Mehdiyevi (prezident ona həm də general-mayor rütbəsi verib) və Tapdıq Əmiraslanovu nazir müavini təyin edib.

Teymur Mehdiyev Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin oğludur. O bundan oncə Dövlət Miqrasiya Xidməti rəhbərinin birinci mqavini idi.

Tapdıq Əmiraslanov isə Azərbaycan Tibb Universitetinin rektoru, Milli Məclisin deputatı Əhliman Əmiraslanovun oğludur. Tapdıq Əmiraslanov bundan öncə də Fövqəladə Hallar Nazirliyində işləyirdi.
XS
SM
MD
LG