Accessibility links

Xarici işlər naziri ATƏT-in Bakı ofisinin statusu, Men ştatının Dağlıq Qarabağ qətnaməsinə münasibət bildirib


Elmar Mamedyarov Eduard Nalbandian

Elmar Mamedyarov Eduard Nalbandian

Elmar Məmmədyarovun Amerikanın Səsinin suallarına cavab verib. “Danışıqlar yenilənmiş Madrid prinsipləri çərçivəsində aparılır”

“Xarici İşlər Nazirliyi ATƏT-in Azərbaycandakı ofisinin statusunun layihə koordinatoru statusuna çevrilməsi ilə bağlı müraciət edib. Azərbaycanın bu müraciəti ATƏT-in üzvü olan hökumət kimi tam haqlıdır. Bu, bizim hüququmuzdur”, xarici işlər naziri Elmar Məmmədyarov Amerikanın Səsinin sualının cavabında bildirib.

Onun sözlərinə görə, bəzi dövlətlər konsensus vermədiklərini bildirirlər. “Doğrusu, mən başa düşə bilmirəm. Bəzi ölkələr bizə konsensus vermədikləri barədə xəbər göndərirlər. Bu, qəbuledilməz bir şantajdır. Çünki ATƏT-ə üzv dövlətin öz hüququ var. ATƏT-ə hər bir üzv dövləti təşkilatın ölkəsindəki fəaliyyətinin statusu ilə bağlı qərar qəbul edir”, o vurğulayıb.

Nazir bildirib ki, ATƏT-in Daimi Şurasında ekspert qrupunun yaradılması ilə bağlı qərar qəbul edilib. Artıq ekspert qrupu işə başlayıb.

O Amerikanın Səsinin Amerikanın Men ştatının Dağlıq Qarabağın “müstəqilliyini tanıması” və Amerika hökumətinə çağırış etməsi barədə sualının cavabında bildirib ki, Amerikanın Rod Aylend (Rhode İsland) ştatından sonra Men ştatı Dağlıq Qarabağla bağlı qətnamə qəbul edib.

“Bu qətnamədə Dağlıq Qarabağın “müstəqilliyinin tanınması” ilə bağlı çağırış var. Belə çağırışın sülh prosesinə hansısa köməklik edəcəyinə inanmıamr.Bunun arxasında Amerikada yaşayan erməni diasporunun dayandığını başa düşürəm. Belə hərəkətlərlə çalışırlar ki, guya Dağlıq Qarabağın “müstəqilliyini kiminsə tanıdığı” barədə imic yaratsınlar.

Digər tərəfdən onlar başa düşməlidirlər ki, belə hərəkətlər sülh prosesinə ziddir və kömək etmir. İnanmıram ki, belə hərəkətin hansısa nəticəsi olsun”, o bildirib.
Xarici işlər naziri deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizmlanması üzrə danışıqlar yenilənmiş Madrid prinsipləri çərçivəsində aparılır.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri regiona son səfərləri zamanı xarici işlər nazirləri səviyyəsində görüş keçirilməsi barədə təklif veriblər.

“Azərbaycan görüşə razılıq verib. May ayında bu görüş keçirilə bilər”, deyə nazir qeyd edib.
XS
SM
MD
LG