Accessibility links

Nazirlər Kabineti “Sovetski” məhəlləsinin sökülməsi ilə bağlı xüsusi iclas keçirəcək


Milli Məclis
Milli Məclis

Spiker bildirib ki, heç kim "Sovetski"dən məcburi köçürülməyəcək

“Sovetski" adlandırılan məhəllənin sökülməsi ilə bağlı vəziyyətin müzakirəsi üçün Nazirlər Kabinetinin xüsusi iclası keçiriləcək.

Bu barədə Milli Məclisin spikeri Oqtay Əsədov deputat İqbal Ağazadəyə cavab olaraq bildirib.

Parlamentin bu günkü iclasında İ.Ağazadə deyib ki, sakinlərə verilən kompensasiya onları qane etmir.

Kompensasiyaların həcminə yenidən baxılması vacibdir. Bu məsələ sivil yolla, vətəndaşların hüquqları pozulmadan həll olunmalıdır.

Spiker bildirib ki, heç kim oradan məcburi köçürülməyəcək. “Lazım gələrsə, əlbəttə ki, parlament olaraq biz də bu barədə sözümüzü deyəcəyik”, - o vurğulayıb.
XS
SM
MD
LG