Accessibility links

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri görüşəcək


Xəritə

Xəritə

Görüş martın 28-də Batumidə olacaq

Martın 28-də Batumidə Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin görüşü keçiriləcək. Bu barədə Bakıda Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin görüşündən sonra nazir Elmar Məmmədyarov bildirib.

Görüşün gündəliyi jurnalistlərə açıqlanmayıb.

Üç ölkənin xarici işlər nazirləri son illər artıq bir neçə dəfə görüşüb, regional məsələləri müzakirə edib.
XS
SM
MD
LG