Accessibility links

Hökumət ilin birinci rübünün yekununu müzakirə edib


Nazirlər Kabinetinin iclası
Nazirlər Kabinetinin iclası

Bütün sahələrdə inkişaf, rəqabəti təmin etmək, inhisarçılığa, korrupsiyaya qarşı ciddi addımlar

Qeyri-neft sektorunun artım səviyyəsinə (+11,7%) görə Azərbaycan iqtisadiyyatı dünyada birinci sayıla bilər, deyə prezident İlham Əliyev hökumətin 2013-cü ilin I rübündə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş iclasında bildirib və hökumətə tapşırıb ki, islahatları dərinləşdirsin.

O deyib ki, “əgər biz sağlam rəqabəti tam şəkildə təmin edə bilsək, inhisarçılığa qarşı daha da ciddi addımlar ata bilsək, əminəm ki, göstəricilərimiz daha da böyük olacaq”.

“Biz rəqabət qabiliyyətli məhsulların istehsalını artırmalıyıq. Həm ixracı artırmaq, eyni zamanda, daxili bazarı da rəqabət qabiliyyətli məhsullarla təmin etmək üçün”, deyə prezident vurğulayıb. Onun fikrincə, dövlət investisiya proqramı və güzəştli kreditlər bu məqsədə xidmət edir.

Dünya bazarına çıxmaq üçün müasir avadanlıqlar lazımdır, yeni müəssisələr 100% qabaqcıl texnologiyalarla təmin olunmalıdır, deyə Əliyev bildirib.

Prezident təxirəsalınmaz tədbirlər olaraq gənc ailələrin mənzil təminatı üçün ipoteka kreditləşməsinin genişləndirilməsi, onun mexanizmin təkmilləşdirilməsinin vacibliyini göstərib.

Bitkiçilik və heyvandarlıq intensiv inkişaf etdirilməli, iri fermer təsərrüfatları yaradılmalı, 10 min ha dövlət torpağından istifadə edilməlidir. Meliorasiya sisteminin yaxşılaşdırılması hökumətin əsas vəzifələrindəndir. Həmçinin orta pillə aqrar kadrlar hazırlanması üzrə peşə məktəbləri yaradılmalıdır, deyə dövlət başçısı qeyd edib.
Əmək haqqı və pensiya artımı ilə bağlı Əliyev deyib ki, bu, planlaşdırılır, amma makroiqtisadi göstəricilərə pis təsir edə bilər.

Dövlət başçısı gələcək illər üçün 4 texnoloji sənaye inkişafı mərkəzinin adını çəkib: Bakı, Sumqayıt, Gəncə və Mingəçevir.

Paytaxt qəsəbələrinin inkişaf proqramının başa çatdırılması, qazlaşdırma, kənd yollarının tikintisi, su və kanalizasiya sisteminin yenidən qurulması yaxın müddət üçün hökumətin prioritetləridir.

İlin sonu üçün regionların inkişafı üzrə üçüncü dövlət proqramı hazır olacaq. 2014-cü ildə onu qəbul edəcəyik, deyə İlham Əliyev bildirib.

Prezident deyib ki, ölkənin idarə edilməsi ilə bağlı kənardan məsləhətlər lazım deyil.

“Biz bütün ölkələrlə münasibətləri qarşılıqlı hörmət və bir-birinin işinə qarışmamaq prinsipləri üzərində qururuq. Bu, dünya miqyasında, beynəlxalq aləmdə qəbul edilən prinsipdir. Biz özümüz bilirik ölkəmizi necə idarə etməliyik. Bizə kənardan məsləhətlər lazım deyildir. Biz güclü ölkəyik. Xalqla iqtidar arasında birlik, vəhdət var.

Dövlət başçısı məmurlara tapşırıqlar da verib.

“Dövlət məmurları xalqa xidmət edir və etməlidirlər. Bu məsələlərlə bağlı mən fikirlərimi bildirmişəm. Dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır. Təvazökarlıq, saflıq və vətənə xidmət nümunəsi. Dövlət məmurları seçilmiş insanlar olmalıdır. Onların həm peşəkarlığı, həm də mənəvi keyfiyyətləri yüksək səviyyədə olmalıdır. Məmur-vətəndaş münasibətləri hörmət əsasında qurulmalıdır. Harada ki, nöqsanlar, pozuntular var, əlbəttə ki, tədbirlər görülür və bu proses bundan sonra da davam etdiriləcək”, o qeyd edib.

İ.Əliyev rüşvətxorluğa və korrupsiyaya qarşı daha ciddi mübarizəyə çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG