Accessibility links

Nazpəri Dostəliyeva İlhamə Quliyevaya 50 min manat ödəməlidir


Nazpəri Dostəliyeva və İlhamə Quliyeva
Nazpəri Dostəliyeva və İlhamə Quliyeva

Məhkəmənin qərarına görə, Dostəliyeva mənəvi ziyana görə bu məbləği ödəməlidir. Hər iki müğənni xalq artistidir. Yerli media Dostəliyevanın müxalifət liderinin oğlunun toyunda iştirakdan sonra təzyiqlərlə qarşılaşdığını yazıb

Nəsimi rayon məhkəməsində xalq artisti İlhamə Quliyevanın xalq artisti Nazpəri Dostəliyevaya qarşı qaldırdığı iddia üzrə proses keçirilib.

İlhamə Quliyevanın vəkili Şəfiqə Nağıyevanın APA agentliyinə verdiyi məlumata görə, məhkəmənin qərarı ilə Nazpəri Dostəliyeva İlhamə Quliyevaya vurduğu mənəvi ziyana görə 50.000 manat təzminat ödəyəcək. Bundan başqa məhkəmə Nazpəri Dostəliyevanın televiziya vasitəsilə İlhamə Quliyevadan üzr istəməsi barədə də qərar çıxarıb.

Qeyd edək ki, İlhamə Quliyevanın şikayət ərizəsi aprelin 23-də Nəsimi rayon məhkəməsinə təqdim olunub. İlhamə Quliyeva iddia ərizəsində Nazpəri Dostəliyeva tərəfindən ictimai şəkildə şərəf və ləyaqətinin alçaldıldığını, işgüzar nüfuzuna xələl gətirildiyini bildirib.

Xatırladaq ki, yerli media Nazpəri Dostaliyeva müxalifətdə olan Müsavat Partiyasının lideri İsa Qəmbərin oğlunun toy məclisində bir neçə mahnı ifa etdikdən sonra ona qarşı qeyri-rəsmi qaydada təzyiqlərin olduğunu yazıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG