Accessibility links

Amerikada yaşayan Nəzrinin uğurları VİDEO

  • Nərminə Cəlalqızı


Amerikada yaşayan, azərbaycanlı Nəzrin Qəribova bu yaxınlarda “South Atlantic” büz üzərində konki sürmə üzrə regional yarışda yaşıdları arasında birinci yeri qazanıb.

Nəzrin Amerikaya valideynləri ilə birlikdə 4 yaşında gəlib. Buz üstündə fiqurlu konki sürmə idmanı ilə 5 yaşından məşğul olmağa başlayıb.Nəzrin buzun üstündə təzə-təzə çıxanda çətinlik çəkdiyini, tez-tez yıxıldığını deyir.

Nəzrinin atası Anar Qəribov onun uşaq yaşlarından idmanla məşğul olmasını istədiklərini və həyat yoldaşı Turanla birlikdə onu fiqurlu konki sürmə dərslərinə yazdırmaq qərarına gəldiklərini deyir. O, ilk addımların çətin olduğunu, lakin zaman keçdikcə Nəzrinin alışdığını deyir.

Nəzrin ilk yarışda 8 yaşında olarkən çıxış edib. Həmin yarışda da o, birinci yeri qazandmışdı. Nəzrin bu yarışdan danışarkən çox həyəcan keçirdiyini deyir. Nəzrin bu çıxışını Azərbaycanın milli geüyimində etmiş, hətta çıxışlarında Azərbaycan bayrağı da qaldırılmışdı.

Nəzrinin atası həyat yoldaşı ilə birlikdə onun çıxışları üçün musiqi seçiminə belə yardım etdiklərini, hətta çıxışlarından biri üçün “Sən gəlməz oldun” musiqisini seçdiklərini deyir. Anar Qəribov ona dəstək verdiklərini desə də, onun daha böyük nailiyyətlər əldə etməsi üçün kifayət qədər məşğul olmadığını, məktəbdə dərslərinə daha çox vaxt ayırdığını deyir. O deyir ki, Nəzrin gündə 3-4 saat deyil, cəmi 30-40 dəqiqə məşğul olur. Buna baxmayaraq, atası Nəzrinin daha mürəkkəb proqramlar üzərində işlədiyini deyir. Lakin Anar Qəribov onu da əlavə edir ki, Nəzrin buz üzərində fiqurlu konki sürməyi davam etmək istəsə, bu onun seçimidir və valideynləri ona dəstək verəcək.

Show comments

XS
SM
MD
LG