Accessibility links

N!DA Vətəndaş Hərəkatı məşhur otellərə qarşı kampaniyaya başlayıb


N!DA Vətəndaş Hərəkatı məşhur otellərə qarşı kampaniyaya başlayıb
N!DA Vətəndaş Hərəkatı məşhur otellərə qarşı kampaniyaya başlayıb

N!DA hesab edir ki, son zamanlar müxtəlif otellər müxalifət və müstəqil təşkilatların tədbirlərindən müxtəlif bəhanələrlə imtina edib.

“Nida” Vətəndaş Hərəkatı ABŞ-ın “Ambassador Group”, “Hyatt Hotels Corporation” və “Hilton Worlwide” kimi dünyada ən böyük və məşhur otel şəbəkələrinə qarşı e-mail kampaniyasına başlayıb. Hərəkat aşağıdakı linkə daxil olmaqla yuxarıda adları qeyd edilən otel şəbəkələrinə etiraz məktubları göndərilməsini xahiş edir: http://www.facebook.com/events/209385509158058/
Hərəkatın müraciətində deyilir ki, son zamanlar hakimiyyətin sifarişi ilə Bakı şəhərində yerləşən müxtəlif otellər Müsavat Partiyasının yüzillik yubiley tədbirindən, Ziyalılar Forumunun bir neçə tədbirindən, “Azadlıq” qəzetinin yubileyi, bəzi müstəqil təşkilatların tədbirlərindən son anda müxtəlif bəhanələrlə (əvvəldən razılaşma olmasına baxmayaraq) imtina edib.
Bu imtinalardan bəziləri birbaşa yerli otellər tərəfindən edilsə də, “Nida” çox təəssüflə qeyd edir ki, ABŞ-ın “Ambassador Group”, “Hyatt Hotels Corporation” və “Hilton Worlwide” kimi dünyada ən böyük və məşhur otel şəbəkələrinin Azərbaycandakı otelləri də hakimiyyətin demokratiya və ədalət uğrunda mübarizə aparan insanların hüquqlarını bu cür kobud şəkildə pozmasına kömək edib. “Biz N!DA Vətəndaş Hərəkatı imtinaların əsl səbəblərini açıqlayan məktubun (ingiliscə) həmin otel şəbəkələrinin mərkəzi ofisinin e-mail adresinə göndərilməsi üçün facebook və digər sosial şəbəkələrdə geniş təbliğat kampaniyasına start vermişik. Qoy bu rüsvayçılıqdan bütün dünya xəbərdar olsun. Hər kəsi aksiyaya qoşulmağa çağırırıq”, - deyə müraciətdə qeyd edilir.

Öz növbəsində, adları sadalanan hotellər tədbirlərin texniki səbəblərdən keçirilməsinin mümkün olmadığını bildirib.

XS
SM
MD
LG